Bizim Merziye

Friday, July 16, 2004

خيرداجا، ايشجه آرخيديم






Xırdaca işcə arxıdım خيرداجا، ايشجه آرخيديم
Meşələrdən dağlardan مئشه‌له‌رده‌ن، داغلاردان
Dərələrdən axırdım دره‌له‌رده‌ن آخيرديم
Bilirdim durqun sular بيليرديم دورقون سولار
Öz içində boğular اؤز ايچينده بوغولار
Bilirdim dəryalarda بيليرديم دريالاردا
Dalqalar qucaöında دالقالار قوجاغيندا
Xirdaca arxlar üçün خيرداجا آرخلار اوچون
Yeni həyat doğular يئنی حه‌يات دوغولار
Nə yolun uzaqlığı نه يولون اوزاقليغی
Nə qaranlıq çuxurlar نه قارانليق چوخورلار
Nə durqunluq həvəsi نه دورقونلوق هه‌وه‌سی
Məni yoldan qoymadı منی يولدان قويمادی
İndi qarışmışam mən ايندی قاريشميشام من
Qurtulmaz dalqalara قورتولماز دالغالارا
Varlığımız çalışmaq وارليغيميز چاليشماق
Yoxluğumuz dayanmaq يوخلوغوموز دايانماق

0 Comments:

Post a Comment

<< Home